Mayın 2-də “Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turu ilə əlaqədar Respublika Velotrekində mətbuat konfransı keçirilib. Tədbirdə veloturun Təşkilat Komitəsinin sədri S.Ələkbərov və yarışın texniki direktoru Roland Hofer iştirak ediblər.Azərtac xəbər verir ki, veloturun Təşkilat Komitəsinin S.Ələkbərov 2.1 kateqoriyalı “Tour d’Azerbaidjan-2017″ barədə ətraflı məlumat verib.“Builki yarışda 18 ölkədən 22 komanda mübarizə aparacaq ki, onlardan da 6-sı peşəkar kontinental, “Synergy Baku” da daxil olmaqla 16-sı kontinental kollektivdir. İştirakçılar 1-ci mərhələdə Bakı-Sumqayıt (150 km), 2-ci mərhələdə Bakı-İsmayıllı (187 km), 3-cü mərhələdə Qəbələ-Şəki-Qəbələ (177 km), 4-cü mərhələdə Qəbələ-Ağsu-Pirqulu (164 km) və sonuncu mərhələdə Bakı-Abşeron-Bakı (158 km) marşrutu üzrə, ümumilikdə, 836 kilometr məsafə qət edəcəklər. Əvvəlki illərdən fərqli olaraq bu il turun 4-cü mərhələsinə Ağsu dolaylarının əlavə edilməsi yarışa olan marağı daha da artırıb”, – deyə S. Ələkbərov əlavə edib.”Tour d’Azerbaidjan-2017″ beynəlxalq velosiped turunun əvvəlki illərdə olduğu kimi, bu dəfə də uğurla keçəcəyinə əmin olduğunu deyən Roland Hofer isə qonaqların Azərbaycandan ən xoş hisslərlə ayrılacaqlarına şübhə etmədiyini vurğulayıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…