Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı “Tour d’Azerbaidjan-2018” veloturunun keçirilmə vaxtı müəyyənləşib.Azərtac xəbər verir ki, gələn il mayın 9-13-də planetin ən güclü şose velosiped komandaları yenidən Azərbaycanda mübarizə aparacaqlar. Beş günlük yarış artıq Beynəlxalq Velosipedçilər İttifaqının 2018-ci il üçün müəyyənləşdirdiyi təqvim planına da daxil edilib.“Tour d’Azerbaidjan-2018” şose velosipedi üzrə gələn ilin mayında qəbul edəcəyimiz yeganə yarış olmayacaq – sözügedən veloturda iştirak etmək üçün Azərbaycana gələcək komandalar mayın 8-də birgünlük “Bakı-Xızı Eko” turunda da yarışacaqlar. Beynəlxalq Velosipedçilər İttifaqının kifayət qədər yüksək səviyyəli yarışı hesab edilən 1.1 kateqoriyalı velotur da artıq qurumun təqvim planında yer alır.Xatırladaq ki, şose velosipedi üzrə gələn ilin mayında keçiriləcək bu 2 yarışdan əlavə, iyunun 5-9-da Bakıda velosiped idmanının BMX növü üzrə (Olimpiya idman növü) dünya çempionatı da təşkil olunacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…