Mərakeşdə Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı 10 günlük “Tour du Maroc” yarışına yekun vurulub. Velotur ölkəmizin “Synergy Baku” kontinental komandası üçün uğurlu sonluqla başa çatıb.Azərtac xəbər verir ki, sonuncu – 10-cu mərhələdə iştirakçılar Rabatdan Kasablankaya qədər olan 120 kilometr məsafəni qət ediblər. Velosipedçilərimizin hamısı – Elçin Əsədov, Samir Cəbrayılov, Kiril Pozdnyakov və Yosip Rumaç məsafəni 2 saat, 30 dəqiqə, 31 saniyəyə başa vuran pelotunun içərisində olublar və bununla da yekun sıralanma mövqeyində demək olar ki, heç bir dəyişiklik baş verməyib. Yarışın 1-ci və 4-cü mərhələlərində qalib olan elit yığma komandamızın üzvü Kiril Pozdnyakov ümumi təsnifatda 3-cü yeri tutmaqla fəxri kürsüyə qalxıb. İlk 20-likdə “Synergy Baku”nun daha 2 üzvü yer alıb – bunlar müvafiq olaraq 11 və 13-cü yerdə qərarlaşan Yosip Rumaç və 7-ci mərhələnin qalibi olmuş elit yığmamızın digər üzvü Elçin Əsədovdur. Samir Cəbrayılov sıralanmada 25-ci olub.Mərakeş turunu “Synergy Baku” üçün əlamətdar edən ən önəmli məqamlardan biri də Yosip Rumaçın yarışın ən yaxşı dağ velosipedçisi üçün nəzərdə tutulan “dağlar kralı” köynəyinə yiyələnməsidir. Dördüncü mərhələdən etibarən liderliyə yüksələn velosipedçimiz bu üstünlüyünü sonadək qorumağı bacarıb və cari mövsümdə komandasına ilk köynəyi qazandırıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…