“Trabzonspor” futbol klubu heyətinə yeni futbolçu cəlb edib

18 Sentyabr 2020 11:42

Xəbər 547 dəfə oxunub

Türkiyənin “Trabzonspor” futbol klubu heyətinə yeni futbolçu cəlb edib.Azərtac klubun saytına istinadla xəbər verir ki, Trabzon təmsilçisi “Stok Siti”inin hücumçusu Benik Afobeni 2020-2021-ci il mövsümünün sonunadək icarəyə götürüb. İyirmi yeddi yaşlı oyunçunun yeni klubda bir mövsüm üçün 1 milyon 300 min avro qazanacağı bildirilib.Qeyd edək ki, “Trabzonspor” B.Afobeniyə görə “Stok Siti”yə 100 min avro icarə haqqı ödəyəcək.xeber100.com