Bu il Albaniyada Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan “Trans-Adriatik” (TAP) qaz boru kəməri layihəsinə sərmayə qoyuluşu 400 milyon avro ətrafında olacaq.Azərtac “worldbulletin.net”ə istinadla xəbər verir ki, bu barədə TAP-ın Albaniya üzrə baş direktoru Şkelqim Bozqo deyib.“Layihəyə yatırılan investisiyalar Albaniyanın ÜDM-inin 4 faizinə bərabər olacaq. TAP qaz kəməri Albaniya iqtisadiyyatında həyata keçirilən ən böyük layihədir. Layihəyə investisiya qoyuluşu gələn il ərzində də eyni miqdarda saxlanılacaq və ümumilikdə TAP-ın Albaniya hissəsi 1,5 milyard avroya başa gələcək”, – deyə Ş.Bozqo əlavə edib.Qeyd edək ki, TAP kəməri marşrutu üzrə Albaniyada 54 kilometr ərazi təmizlənib, 50 kilometr borular xətt boyunca düzülüb, boruların 40 kilometri qaynaq edilib. Təxminən 28 kilometr borular isə qaynaqlandıqdan sonra torpaq altına basdırılıb. İndiyədək Albaniyada boru kəməri marşrutu boyunca ərazinin 25 faizdən çoxu təmizlənib. TAP-ın 215 kilometrdən çox Albaniya hissəsinin inşasında istifadə ediləcək 13 min borunun indiyədək təxminən 8 min 450-si (65 faizi) tikinti sahələrinə təhvil verilib. Albaniyada giriş yollarının və körpülərin modernləşdirilməsinin birinci mərhələsi başa çatıb. Bu mərhələdə təxminən 58 kilometr yolların, iki yeni körpünün tikintisi və 40 körpünün isə əsaslı təmiri, modernləşdirilməsi həyata keçirilib. Hazırda TAP üzrə Albaniyada 1800 nəfər işlərə cəlb edilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…