Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan “Trans-Adriatik” (TAP) qaz boru kəməri layihəsi çərçivəsində Yunanıstanda 2016-cı ilin mayından başlayan boru kəməri marşrutu üzrə təhlükəsizlik seminarları başa çatıb.Azərtac xəbər verir ki, bu barədə TAP-ın saytında məlumat verilir. Bildirilir ki, seminarlarda 56 müəllim, 25 mindən çox ibtidai və orta məktəb şagirdi iştirak edib. Seminarlar 36 səriştəli təlimatçı tərəfindən keçirilib. Seminarlar 66 bölgədən 142 ibtidai məktəbi və 31 bölgədən 60 gimnaziyanı əhatə edib.TAP-ın Yunanıstan üzrə Meneceri Rikard Scoufias deyib ki, təhlükəsizlik TAP-ın mütləq prioritetidir.Xatırladaq ki, TAP-ın təməli keçən il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub. “Trans-Adriatik” qaz boru kəmərinin tikintisi üzrə işlərin təxminən 35 faizdən çoxu icra olunub. Layihənin ümumi dəyəri 4,5 milyard avro olacaq. Buraya 2009-cu ildən bəri davam edən dizayn və mühəndislik işləri də daxil edilib. “Şahdəniz” konsorsiumu ilk qaz satışını 2018-ci ilin sonunda Türkiyəyə və Gürcüstana həyata keçirəcək. Avropaya ilk qazın verilməsi isə bundan təxminən 1 il sonra 2020-ci ilin əvvəllərində planlaşdırılır. Bu ilin ilk rübündə layihə üzrə kompressor stansiyalarının tikintisinə də başlanılacaq. Boru kəmərinin dəniz hissəsi isə 2018-2019-cu illərdə inşa ediləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…