Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan “Trans-Adriatik” (TAP) qaz boru kəməri layihəsi çərçivəsində Albaniyada 72 kilometrdən çox ərazi təmizlənib, 62 kilometr boru xətt boyunca düzülüb, boruların 50 kilometri qaynaq edilib. 40 kilometr boru isə qaynaqlandıqdan sonra torpaq altına basdırılıb.Azərtac xəbər verir ki, bu barədə TAP-ın saytında deyilir.On bir müxtəlif ölkənin Albaniyadakı səfir və diplomatik nümayəndələri ilə görüşdə TAP-ın Albaniya üzrə baş direktoru Şkelqim Bozqo boru kəmərinin inşasının icra vəziyyəti barədə məlumat verib.TAP-ın kommersiya və xarici əlaqələr direktoru Ulrike Andres deyib: “TAP Avropanın qaz bazarı üçün mühüm və strateji layihədir. “Şahdəniz-2” yatağından hasil olunacaq təbii qaz 2020-ci ildə TAP vasitəsilə nəql edilməyə başlayacaq, qitənin qaz təchizatının təhlükəsizliyi və şaxələndirilməsində faydalı olacaq.Bildirilib ki, indiyədək TAP inşasında Albaniyada 1700 işçi çalışıb və onların təxminən 84 faizi albaniyalıdır.Qeyd edək ki, Albaniyada giriş yollarının və körpülərin modernləşdirilməsinin birinci mərhələsi başa çatıb. Bu mərhələdə təxminən 58 kilometr yolun, iki yeni körpünün tikintisi və 40 körpünün əsaslı təmiri, modernləşdirilməsi həyata keçirilib. Bu il Albaniyada TAP layihəsinə sərmayə qoyuluşu 400 milyon avro ətrafında olacaq. Ümumilikdə TAP-ın Albaniya hissəsi 1,5 milyard avroya başa gələcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…