Azərbaycan təbii qazının Türkiyəyə və bu ölkədən də Avropaya nəqlini nəzərdə tutan Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsi üzrə işlərin 60 faizi tamamlanıb.Azərtac xəbər verir ki, bu sözləri “SOCAR Turkey Enerji A.Ş.”nin (STEAŞ) baş direktoru Zaur Qəhrəmanov deyib. O qeyd edib ki, TANAP-a investisiya qoyuluşunun 2020-ci ildə bitməsini gözləyirik. İlk qaz 2018-ci ilin iyununda Türkiyəyə çatdırılacaq. 11,7 milyard dollara həyata keçirilməsi planlaşdırılan layihənin kapital xərcləri 8,5 milyard dollara düşüb və 3,2 milyard dollara qənaət edilib.“Türk axını” layihəsi bizə təsir etməz. Azərbaycanın təbii qaz satışı məsələsində çətinliyi yoxdur. 2046-cı ilə qədər müqavilələrimiz var. Türkiyə təbii qazın qiyməti ilə bağlı tədarükçü ölkələrlə bəzi danışıqlar aparır. Hələ ki, bizimlə belə bir danışıq olmayıb. Amma belə bir istək olarsa, əlbəttə, biz də danışıqlar apararıq. İsrail qazı ilə bağlı da bir narahatlığımız yoxdur. Hazırda danışıqlar aparılır. Türkiyə razılıq verərsə, TANAP-la İsrail qazı da nəql edilə bilər”, – deyə Z.Qəhrəmanov bildirib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…