Biz Trans-Anadolu qaz kəməri layihəsində Türkmənistanın iştirak edəcəyinə böyük ümid bəsləyirik.Azərtac xəbər verir ki, bunu Türkiyənin Türkmənistandakı səfiri Mustafa Kapucu Avazada IX Türkmənistan Beynəlxalq Qaz Konqresinin (TGC-2018) qeyri-rəsmi görüşləri zamanı “МЕДИА-ТУРКМЕН ORIENT”ə müsahibəsində söyləyib.Səfir deyib: “TANAP layihəsi Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsi üçün çox əhəmiyyətlidir və ərazisindən bu qaz kəməri çəkiləcək bütün ölkələr əsas tərkib hissələrindən biri TANAP olan “Cənub Qaz Dəhlizi” layihəsində Türkmənistanın iştirakında maraqlıdırlar. Türkmənistandan Azərbaycana Xəzər dənizinin dibi ilə boru kəməri çəkmək və Türkmənistan qazını TANAP vasitəsilə Avropaya göndərmək imkanı layihənin səmərəliliyini artıracaq”.Təbii qaz təchizatının şaxələndirilməsi strategiyasını həyata keçirən Türkmənistan üçün qaz ixracında Avropa istiqaməti öz aktuallığını itirməyib. Dövlət naziri, “Türkmənqaz” Dövlət Konserninin sədri Mırat Arçayev qaz konqresində bildirib ki, Trans-Anadolu qaz kəməri layihəsi gündəmdən çıxarılmayıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…