Triatlon Federasiyasının məlumatına görə…

17 Aprel 2017 11:40

Xəbər 851 dəfə oxunub

Azərbaycan triatlon yığmasının üzvü Rostislav Pevtsov Mərakeşin Rabat şəhərində təşkil olunan açıq Afrika kuboku yarışlarında qızıl medal qazanıb.Azərbaycan Triatlon Federasiyasından Azərtac-a bildiriblər ki, təmsilçimiz 44 idmançının mübarizə apardığı yarışda 57 dəqiqə 28 saniyə nəticə göstərərək Afrika kubokunun qalibi olub. R.Pevtsov yarış zamanı ona ən yaxın olan fransalı Maksim Нüber-Müsbrügerı 1 saniyə qabaqlayıb.Qadınların mübarizəsində isə komandamızın üzvü Darina Moskalenko 1 saat 6 dəqiqə 53 saniyəlik nəticə ilə altıncı olub.Azərbaycan komandası yarışda baş məşqçi Sergey Yatsenkonun rəhbərliyi ilə təmsil olunub.Qeyd edək ki, R.Pevtsov İspaniyanın Las-Palmas şəhərində keçirilən Avropa kuboku yarışında da birinci yeri tutub.xeber100.com