Triatlon üzrə Azərbaycan yığmasının üzvü Rostislav Pevstov Çinin Çenqdu şəhərində keçirilən Dünya Kubokunda qızıl medal qazanıb.Azərbaycan Triatlon Federasiyasından Azərtac-a bildirilib ki, yarış iki mərhələdən ibarət olub. Əvvəlcə idmançılar yarımfinalda mübarizə aparıblar. Rostislav yarımfinalda 5-ci olub və finala yüksəlib.İdmançımız finalda 500 metrlik su məsafəsini 6 dəqiqə 29 saniyəyə başa vurub. Sonra 10 kilometrlik veloyürüşü 13 dəqiqə 43 saniyəyə qət edib. Yarışın sonuncu mərhələsi – 2,5 kilometr məsafəyə qaçış üzrə isə R.Pevtsov 7 dəqiqə 03 saniyəlik nəticə göstərib. Ümumi hesablamada 28 dəqiqə 18 saniyə vaxt göstəricisi ilə R.Pevtsov birinci yerə layiq görülüb.Xatırladaq ki, Pevtsov cari mövsümdə Las Palmasda keçirilən Avropa Kubokunda ikinci olub və Misirin Şarm əş-Şeyx şəhərində təşkil olunan Açıq Afrika Kuboku yarışlarında gümüş medal qazanıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…