Azərbaycan Triatlon Federasiyasının (ATF) qərargahında təşkilatın İcraiyyə Komitəsinin cari ildə ikinci iclası olub. İclasda yığma komandanın ilk qazandığı nəticələr, gənclərdən ibarət komandanın işində irəliləyiş, respublikada triatlonun inkişafı, habelə bu mövsüm üçün planlar müzakirə edilib.Azərtac xəbər verir ki, federasiyanın prezidenti Azər Məhərrəmov cari ilin komandamız üçün uğurlu başladığını deyib. Bildirib ki, cari ildə idmançılarımızın aktivində üç gümüş medal var. Yığma komandanın lideri Rostislav Pevtsov Las-Palmasda keçirilən Avropa kubokunda, həm də Misirin Şarm Əl-Şeyx şəhərində təşkil olunan açıq Afrika kuboku yarışlarında fərqlənib. Kseniya Levkovskaya Misirdə gümüş medal əldə edib.Qeyd edilib ki, bu ildən başlayaraq triatlon komandamız Olimpiya marafonuna qatılacaq. İdmançılarımız “Tokio-2020” Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün təsnifat turnirlərdə iştirak edəcəklər. Yay Olimpiya Oyunlarından əvvəlki 2 il ərzində triatlonçular dünya və Avropa çempionatları, dünya kuboku yarışları da daxil olmaqla çıxış etdikləri bütün turnirlərdə Olimpiadaya lisenziya xalları toplayırlar.A.Məhərrəmov deyib: “Azərbaycanın triatlon idmanı ilk dəfə Rio Olimpiadasında təmsil olunub. Bu nailiyyətə görə biz hamımız fəxr edirik. Bu, gələcəkdə daha yaxşı nəticələrə ümid etməyə əsas verir. Rostislav Pevtsov Rioya lisenziya alıb və orada debüt edib. Təbii ki, yeni dövrədə başqa idmançılarla yanaşı, ona da böyük ümid bağlayırıq. Kseniya Levkovskaya və Darina Moskalenko da Olimpiya vəsiqələr uğrunda mübarizə aparacaqlar”.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…