Rusiyanın güc strukturlarında istifadə olunan “Тu-154B-2” təyyarələrinin uçuşları Qara dəniz üzərində baş vermiş aviaqəzanın təhqiqatı başa çatanadək müvəqqəti dayandırılıb.Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, bu barədə qərar Müdafiə Nazirliyi tərəfindən çıxarılıb. Bir qədər əvvəl Rusiya nəqliyyat naziri Maksim Sokolovun verdiyi məlumata görə, həmin markadan olan laynerlər sərnişin daşımalarında istifadə edilmir. Müdafiə Nazirliyində isə onlar məhdud saydadır. Mülki aviasiyada istifadə edilən “Tu-154M” təyyarələri ilə bağlı məsələ isə gündəmdə deyil.Xatırladaq ki, “Tu-154” təyyarəsi bazar günü səhər Soçi yaxınlığında qəzaya uğrayıb. Onun göyərtəsindəki 92 nəfərin hamısı – hərbi qulluqçular, jurnalistlər, məşhur həkim Yelizaveta Qlinka (doktor Liza), həmçinin Rusiyanın Suriyadakı aviasiya qrupunu Yeni il münasibətilə təbrik etməyə gedən Aleksandrov adına hərbi ansamblın musiqiçiləri həlak olub. Təyyarənin qalıqları qəzadan bir neçə saat sonra Soçi rayonunda sahildən 1,5 kilometr aralıda, suyun 50-70 metr dərinliyində aşkarlanıb. İndiyədək 12 nəfərin cəsədi və həlak olanların 156 fraqmenti, habelə təyyarənin beş böyük parçası tapılıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…