Bolqarıstanın Gəlirlər üzrə Milli Agentliyinin əməkdaşları bu il vergilərin və yığımların yerli otel, restoran və digər əyləncə müəssisələri sahibləri tərəfindən düzgün ödənildiyini yoxlamaq üçün Qara dəniz ətrafında yerləşən kurortlara göndəriliblər. Azərtac “vergiler.az” saytına istinadla bildirir ki, artıq vergi əməkdaşları Burqas və Varna şəhərlərinin hava limanlarında ölkəyə gələn turistlərin sayını qeydiyyata almağa başlayıblar ki, onlardan tutulan vergilərin real gəlirlərlə müqayisəsini aparmaq mümkün olsun. Agentliyin məlumatına görə, bu il ölkədəki hər bir kassa aparatı nəzarətdə olacaq. Bolqarıstanın vergi xidməti bu il yalnız bir mövsüm üçün təşkil edilmiş turizm firmalarına xüsusi diqqət yetirəcək. Artıq ölkədə vergi yayındırmaqda şübhəli bilinən və düzgün bəyannamələr təqdim etməyən firmaların yoxlanılmasına başlanılıb. Hökumət rəsmilərinin sözlərinə görə, turizm firmalarının əksəriyyəti bəyannamədə Bolqarıstan qanunçuluğunda nəzərdə tutulan minimal gəlir həddini qeyd etsə də, ən bahalı daşınmaz əmlak alırlar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…