Turizm sahəsinin inkişaf etdirilməsində beynəlxalq təcrübənin öyrənilməsi əsas strateji hədəflərdəndir. Belə ki, Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) keçirilən növbəti təlimin əsas məqsədi turizm sahəsində çalışan işçiləri və universitet tələbələrini geniş fikir mübadiləsinə cəlb etməklə yanaşı, Azərbaycan və Türkiyənin timsalında beynəlxalq təcrübi bilik qazanmalarına zəmin yaratmaq olub.ATMU-dan Azərtac-a bildirilib ki, bu ali təhsil ocağının biznes idarəçiliyi fakültəsinin dekanı, iqtisad üzrə fəlsəfə doktoru Anar Mirzəyev ötən dövr ərzində turizm sənayesində həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanda bu sektorun inkişafı üçün münbit şəraitin yaradıldığını diqqətə çatdırıb.Tədbirin əlaqələndiricisi, ATMU-nun marketinq kafedrasının baş müəllimi Günel Teymurova Türkiyənin təcrübəsindən və strateji hədəflərindən danışıb.“Skype” proqramı vasitəsilə təlimə qoşulan, Türkiyənin Atatürk Universitetinin professoru Kərəm Karabulut, turizm məslək liseyinin müdiri Zekeriyə Bingöl və Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov, eləcə də sənaye təmsilçiləri Tərlan Quliyev və Rauf Səfərov təqdimatlarla çıxış ediblər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…