9-cu Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin müvafiq sərəncamı ilə nəşr edilmiş “Türk ədəbiyyatının inciləri” toplusunun təqdimatı keçirilib.
Tədbirdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin inspektoru Kərimulla Məmmədzadə “Türk ədəbiyyatının inciləri” adlı toplu haqqında məlumat verib, burada bütün türkdilli dövlətlərin görkəmli şair və yazıçıları haqqında məlumatların toplandığını bildirib. Yüz cildlik nəşrin 16 cildinin Azərbaycana həsr olduğunu qeyd edən K.Məmmədzadə burada 183 azərbaycanlı müəllifin əsərinin yer aldığını vurğulayıb.
Özbəkistanın Azərbaycandakı səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri Atabek Ramazanov çıxış edərək yüzcildlik “Türk ədəbiyyatı toplusu”nu bütün Türk dünyası tarixində önəmli bir hadisə kimi dəyərləndirib.
Tədbirdə Özbəkistan nəşriyyatının baş redaktoru Muhiddin Amanov sözügedən yüzcildlik nəşr haqqında geniş məlumat verərək sərgidə iştirakından məmnunluq duyduğunu bildirib. Qeyd edib ki, Özbəkistan və Azərbaycan söz, sənət adamları arasındakı əlaqələrin daha da inkişaf etdirilməlidir.
Tədbirdə Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov çıxış edərək dövlətlərimiz arasında mədəni əlaqələrin qurulmasını çox yüksək qiymətləndirib.
Sonda TÜRKSOY-un nümayəndəsi Vüqar Novruzoğlu bildirib ki, TÜRKSOY-un məqsədi milli mirasımızı gələcək nəsillərə ötürməkdir və bu cür layihələrin həyata keçirilməsi bu sahədə görülən vacib işlərdəndir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…