Rusiya təbii qazının Türkiyə və Avropaya nəqlini nəzərdə tutan “Türk axını” qaz boru kəmərinin (Turkish Stream) tikintisinə bu ilin yayında başlanılacaq.Azərtac xəbər verir ki, bu barədə Rusiyanın enerji nəhəngi “Gazprom” şirkəti məlumat yayıb. Açıqlamada bildirilir ki, boru kəmərinin dəniz hissəsinin inşası yayda başlayacaq və ümumilikdə “Türk axını”nın tikintisinin 2019-cu ilin sonunda tamamlanması nəzərdə tutulur.“Gazprom” boru kəmərinin dəniz hissəsində inşa ediləcək iki boru kəmərinin tikintisi üzrə İsveçrənin “Allseas” şirkəti ilə müqavilə imzalayıb.Xatırladaq ki, “Türk axını” layihəsi Rusiya təbii qazının Türkiyəyə və bu ölkədən də Avropaya çatdırılmasını nəzərdə tutur. Kəmərlə nəql olunacaq 31,5 milyard kubmetr qazın Avropanın, qalan hissəsinin isə Türkiyənin daxili tələbatının ödənilməsi üçün istifadə edilməsi planlaşdırılır. Layihə üzrə iki boru kəməri tikiləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…