“Türk Hava Yolları” aviaşirkəti 2017-ci ilin nəticələrini açıqlayıb

17 Yanvar 2018 12:43

Xəbər 1258 dəfə oxunub

“Türk Hava Yolları” aviaşirkəti uğurla başa vurduğu 2017-ci ilin nəticələrini açıqlayıb. Ötən il şirkət tərəfindən daşınan sərnişinlərin sayı əvvəlki illə müqayisədə 9,3 faiz artaraq 68,6 milyona çatıb.“Türk Hava Yolları” aviaşirkətindən Azərtac-a bildirilib ki, 2017-ci ildə reyslərin yüklənmə səviyyəsi 4,7 faiz bəndi artaraq 79,1 faiz təşkil edib. Ötən ilin dekabr ayında isə aviareyslərin yüklənmə səviyyəsi şirkətin tarixində ilk dəfə olaraq rekorda çataraq 79,5 faiz olub.“Türk Hava Yolları”nın İdarə Heyətinin və İcra Komitəsinin sədri İlker Aycı ötən ilin yanvarında verdiyi proqnozda bildirmişdi ki, 2017-ci ildə əvvəlki ilə nisbətən daha yaxşı nəticələrə nail olunacaq. İllik plan hazırlanarkən Türkiyədəki vəziyyət, aviasiya və turizm sahələrinin aktual tendensiyaları əsaslı surətdə tədqiq edilib. “Əminəm ki, 2017-ci ili uğurla başa vuracağıq və “Türk Hava Yolları” bir qədər də güclü olacaq, brendin dəyərini və bazar payını artıra biləcək”, – deyə İ.Aycı bildirmişdi.2017-ci ilin yanvar-dekabr aylarında tələbat və sərnişinlərin ümumi sayı əvvəlki illə müqayisədə müvafiq olaraq 7,9 faiz və 9,3 faiz artıb. Daşınan sərnişinlərin ümumi sayı 68,6 milyona çatıb. Hesabat ilində reyslərin yüklənmə səviyyəsi 4,7 faiz bəndi artaraq 79,1 faizə çatıb, beynəlxalq reyslər üzrə bu göstərici 5 faiz bəndi artıb və 78,4 faiz təşkil edib.2017-ci ilin dekabr ayının yekunlarına görə isə reyslərin yüklənmə səviyyəsi 5,1 faiz bəndi artaraq 79,7 faizə çatıb, kreslo/kilometrlərin sayı 8,9 faiz artıb. Beynəlxalq aviareyslərdə yüklənmə səviyyəsi 5 faiz bəndi artıb və 79,2 faiz təşkil edib. Həm daxili, həm də beynəlxalq reyslərdə yüklənmə səviyyəsi “Türk Hava Yolları”nın tarixində rekorda çatıb. İyulda başlayan tələbatın ikirəqəmli artımı dekabrda 16,3 faizlik artım ilə davam edib.xeber100.com

 

Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub

Fevralın 5-də Londonda Beynəlxalq Avtomobil Federasiyasının (FIA) biryerlik maşınlarında yürüş üzrə direktoru Nikolas Tombasisin və Formula 1-in prezidenti Stefano Domenikalinin sədrliyi ilə Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub. Xarici media xəbər verir ki, iclasda bir sıra məsələlər nəzərdən keçirilib, o cümlədən 2024-cü ildən qüvvəyə minəcək sprintli yürüş uik-endinin yeni formatı təsdiqlənib. Yeni format bu şəkildədir: cümə günü sprintdən əvvəl yeganə məşq və təsnifat. Şənbə günü sprint və yürüşdən əvvəl əsas təsnifat, bazar günü isə yürüş. Bu dəyişikliklər FIA-nın fevralın 28-də keçiriləcək Ümumdünya Şurasında rəsmi şəkildə təsdiqlənməlidir. Komissiyanın iclasında texniki və idman reqlamentlərinə də dəyişikliklər olunub. 2024-2025-ci illərdə bir pilot üçün mövsüm ərzində güc qurğularının sayının artırılaraq dördə çatdırılması təklifi bəyənilib. Eləcə də yürüş zamanı DRS-ni (Drag Reduction System – ön müqavimətin azaldılması sistemi) startdan bir dövrə vurduqdan və yaxud təhlükəsizlik avtomobili trasdan çıxdıqdan sonra restartın ardınca aktivləşdirmək mümkündür. Вundan əvvəl yalnız iki dövrədən sonra DRS-nin istifadəsinə icazə verilirdi. Bundan başqa, Formula 1 Komissiyası 2026-cı ilin reqlamentinə dair bir sıra mövzuları, xüsusən maliyyə və dayanıqlı inkişaf məsələlərini müzakirə edib. 2024-cü il üçün texniki, idman və maliyyə reqlamentlərinə də cüzi dəyişikliklər edilib.xeber100.com

Fevral 6, 2024 14:51

“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb

“SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketi qlobal internet şəbəkəsi üçün nəzərdə tutulan 22 “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb. “SpaceX” kompaniyasının məlumatına görə, “Falcon 9” yanvarın 23-də ABŞ-ın Sakit Okean sahilləri vaxtı ilə saat 16:35-də Birləşmiş Ştatların Kosmik Qüvvələrinin Kaliforniya ştatında yerləşən Vandenberq bazasından start götürüb. Daşıyıcı raketin artıq 16-cı dəfədir istifadə olunan birinci pilləsi Sakit okeandakı “Of Course I Still Love You” dəniz platformasına eniş edib. “SpaceX” indiyədək kosmik fəzaya ümumilikdə 5,7 mindən çox peyk buraxıb. Onların bəziləri sıradan çıxıb, 5,3 mindən çoxu isə işlək vəziyyətdədir. Kompaniyanın layihəsi olan “Starlink” internet şəbəkəsi dünyanın 70 ölkəsində əlçatandır. Pentaqonun məlumatına görə, onun xidmətindən ABŞ hərbçiləri də istifadə edirlər. Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” orbitə ümumilikdə 12 minə yaxın kosmik aparat çıxarmaq niyyətindədir. Təxminən 10 milyard dollara başa gələcək layihə planetin istənilən guşəsində genişzolaqlı internetə çıxışı təmin etməyə imkan yaradacaq. Kompaniya növbəti mərhələdə orbital qruplaşmadakı kosmik aparatların sayını 30 minə çatdırmağı planlaşdırır.xeber100.com

Yanvar 24, 2024 11:42