Dünyada ən çox istiqamət üzrə uçuşlar həyata keçirən “Türk Hava Yolları” aviaşirkəti bu ilin aprel ayının 11-dən etibarən İstanbul-Şarja-İstanbul marşrutu üzrə yeni reys açıb. Bu, Birləşmiş Ərəb Əmirliklərinə təşkil edilən üçüncü uçuş istiqaməti, həmçinin, milli bayraq daşıyıcısının geniş uçuşlar şəbəkəsinə daxil olan 307-ci təyinat nöqtəsidir.“Türk Hava Yolları”nın marketinq direktoru Ahmet Olmuştur bildirib: “İstanbul hava limanı ilə türk aviasiyası və turizmi üçün yeni bir dövr başladı. Yeni bazaya köçməyimiz uçuş şəbəkəmizin daha da genişlənməsinə imkan yaradacaq. “Türk Hava Yolları” olaraq Əbu-Dabi və Dubaydan sonra BƏƏ-də üçüncü təyinat nöqtəsi kimi Şarja şəhərinə uçuşlar təşkil etməkdən məmnunuq”.Qeyd edək ki, İstanbul-Şarja-İstanbul istiqamətində uçuşlar aprel ayının 11-dən etibarən həftəsonları da daxil hər gün yerinə yetirilir.1998-ci ildə ərəb dünyasının mədəni paytaxtı elan edilmiş Şarja Birləşmiş Ərəb Əmirliklərinin ölçü və əhalisinə görə üçüncü əmirliyidir. Şəhər öz müasirliyi, eyni zamanda qədim və zəngin tarixi ilə səyahətsevərlərin diqqətini özünə cəlb etməyi bacarıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…