“Türk Hava Yolları” Azərbaycanda turizmin inkişafına dəstək vermək istəyir. Bu barədə “Türk Hava Yolları”nın Bakıdakı nümayəndəliyinin rəhbəri Seyfullah İlyas AZƏRTAC-a eksklüziv müsahibəsində deyib. Onun sözlərinə görə Azərbaycan son zamanlar turizmin inkişafına xüsusi diqqət ayırıb. “Biz də bundan istifadə edərək həm Azərbaycan turizminin inkişafına dəstək vermək, həm də turistləri öz aviaşirkətimiz vasitəsilə cəlb etmək istəyirik. Mənim şəxsi fikrimcə Azərbaycan turizm cəhətdən ziyarət edilməli bir ölkədir. Çünki tək Bakı ilə deyil, həm də təbii gözəlliklərlə dolu digər bölgələrinin təbiəti ilə də turistlərin diqqətini çəkə biləcək bir səviyyədədir. Bundan əlavə Azərbaycanın qış turizmi cəhətdən də inkişaf edən bölgələri var. Son dövrlərdə xidmət sahəsində qiymətlərin aşağı düşməsi nəticəsində demək olar ki, burada turist axınının olması üçün gözəl şərait yaranıb. Biz də Azərbaycana dəstək üçün uçuşlar həyata keçirdiyimiz digər istiqamətlərdə buranın turizm tanıtımı üçün işlər görmək istəyirik”, – deyə S.İlyas vurğulayıb. Seyfullah İlyas qeyd edib ki, bununla bağlı Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə görüşlər keçirilir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…