Bu gün Bakıda “Türk Hava Yolları”nın Azərbaycanda fəaliyyətinin 25 illiyinə həsr olunan tədbir təşkil olunub. “Apa -Economics” xəbər verir ki, tədbirdə çıxış edən “Türk Hava Yolları”nın Bakı ofisinin rəhbəri Seyfullah İlyas bildirib ki, Azərbaycana ilk dəfə 1991-ci ilin mart ayında İstanbul-Trabzon-Bakı şəklində birtərəfli şəkildə yerinə yetirilib. “Bu gün gün uçuşlarımız gün ərzində 5 dəfə olmaqla yerinə yetirilməkdədir. Bakı ilə birlikdə, Gəncə, Naxçıvan şəhərlərindən uçuşlarla Azərbaycanı dünya ilə birləşdiririk”, – deyə S.İlyas qeyd edib. Türkiyənin nəqliyyat, dəniz işləri və kommunikasiya naziri Əhməd Arslan çıxışı zamanı “Türk Hava Yolları”nın inkişafından söz açaraq şirkətin bundan sonra fəaliyyətinin daha da genişlənəcəyini, daha çox məntəqələrə aviareyslər həyata keçirəcəyindən əminliyini ifadə edib. “Azərbaycan Hava Yolları” QSC ilə “Türk Hava Yolları”nın birgə əməkdaşlığından danışan nazir bu iki şirkətin təkcə sərnişin daşımaçılığı həyata keçirmədiyini həmçinin qəlbləri birləşdirdiyini qeyd edib. “Azərabycan müstəqillik əldə edəndən sonra “Türk Hava Yolları” ilk xaricdən Azərbaycana uçuş həyata keçirən şirkətdir. Məhz bununla bağlıdır ki, “Türk Hava Yolları”nın da bu il 25 illiyidir. “Türk Hava Yolları”nın “Azərbaycan Hava Yolları” ilə əməkdaşlığı həm “Azərbaycan Hava Yolları”na, həm də “Türk Hava Yolları”na dəyər verib”, – deyə nazir vurğulayıb. Tədbir konsert proqramı ilə davam edib.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…