Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Bakıda keçiriləcək VII Zirvə Görüşü çərçivəsində oktyabrın 11-də ADA Universitetində “Türkdilli dövlətlərin rəsmi inkişaf agentliklərinin beynəlxalq yardım sisteminə inteqrasiyasının təşviqi: Səmərəli humanitar və inkişafa yardım üzrə əməkdaşlıq” mövzusunda konfrans təşkil edilib.Azərtac xəbər verir ki, Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) Türk Şurası, BMT-nin Humanitar İşlər üzrə Koordinasiya Ofisi, İnkişaf Proqramı və ADA Universiteti ilə əməkdaşlıq çərçivəsində təşkil etdiyi konfrans türkdilli dövlətlərin rəsmi inkişafa yardım agentliklərini, eləcə də inkişafa yardım üzrə ixtisaslaşdırılmış regional və beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələrini bir araya gəlib.Tədbirin məqsədi TDƏŞ ölkələrinin və iştirakçı qurumların humanitar yardım və inkişafa yardım fəaliyyətlərini nümayiş etdirmək, inkişafa yardım agentliklərinin və yardımdan faydalanan ölkələrin qarşılaşdıqları problemlər və onların həlli perspektivlərini müzakirə etmək, eləcə də türkdilli ölkələrin müvafiq inkişafa yardım agentlikləri arasında səmərəli koordinasiyanı təmin etmək məqsədilə Türk Şurası daxilində humanitar yardım və beynəlxalq yardım sahəsində işçi qrup/yüksək səviyyəli nümayəndələr səviyyəsində əməkdaşlıq platforması təsis etməkdir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
“Вниз по течению”…