İsveçin Azərbaycan diasporunun nümayəndələri Stokholmda Türkiyənin Milli Suverenlik və Uşaq Gününə həsr olunan böyük tədbirdə iştirak edib. İsveç paytaxtının mərkəzində yerləşən “Kunqstredqorden” parkında keçirilən tədbir İsveç Türk Gənclər Federasiyası tərəfindən təşkil olunub. Əvvəlki illərdə olduğu kimi, bayram münasibətilə təşkil olunan bu yarmarkada da müxtəlif türkdilli ölkələrin nümayəndələri iştirak ediblər. Onlar tədbir iştirakçılarına və qonaqlara öz mədəniyyətini, adət-ənənələrini nümayiş etdiriblər. Azərbaycanı yarmarkada İsveç-Azərbaycan Federasiyası təmsil edib. Bu təşkilat ölkəmiz haqqında pozitiv və ədalətli təsəvvürün formalaşdırılması üçün böyük iş aparır. Tədbir çərçivəsində federasiya üzvləri ölkəmiz, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, eləcə də Azərbaycanın mədəniyyəti və incəsənəti haqqında informasiya bukletləri paylayıb. Tədbirdə ənənəvi Azərbaycan şirniyyatları nümayiş olunub. Qeyd edək ki, yarmarka ilə yanaşı, tədbir çərçivəsində gənc ifaçıların konserti keçirilib. Konsertdə gənclər və uşaq rəqs qrupları çıxış edib.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…