Türkiyə Respublikasının 100-cü ildönümünə həsr olunmuş beynəlxalq futbol turniri keçirilib

27 Noyabr 2023 15:24

Xəbər 572 dəfə oxunub

Noyabrın 23-27-də Antalyada Türkiyə Respublikasının 100-cü ildönümünə həsr olunmuş beynəlxalq parlamentlərarası futbol turniri keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, turnirdə Türkiyə, Azərbaycan, Rumıniya, Bolqarıstan, Bosniya və Herseqovina, Macarıstan və Gürcüstan parlamentlərinin komandaları iştirak ediblər.

B qrupunda mübarizə aparan Milli Məclisin komandası ümumilikdə 4 oyunda 3 qələbə qazanaraq yarışı bürünc medallarla başa vurub. Komandamızın yeganə məğlubiyyəti yarışı çempion kimi tamamlayan Rumıniya kollektivinə qarşı olub.xeber100.com