İsraillə İran arasında artan gərginliklə bağlı Türkiyənin Təhlükəsizlik Şurasının iclası keçirilib. Toplantı ilə bağlı Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamenti açıqlama yayıb.
Məlumata əsasən, iclasda İsrailin İran ərazisinə qarşı başladığı əməliyyat nəticəsində yaranmış vəziyyət bütün aspektləri ilə müzakirə olunub. Regionda baş verən hadisələr, o cümlədən qarşıdurmaların dayandırılması istiqamətində göstərilən diplomatik səylər, gərginliyin qlobal və regional təhlükəsizliyə təsirləri, bununla bağlı görülə biləcək tədbirlər, eləcə də Türkiyənin ehtimal olunan ssenarilərə uyğun hazırlığı dəyərləndirilib.
Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən iclasda Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın və ölkənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini Ömer Çelik iştirak ediblər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Messi influenzato…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
“Вниз по течению”…