İstanbuldakı Türkiyə-Azərbaycan Dərnəyi (İSTAD) Novruz bayramı münasibətilə tədbir keçirib.Tədbirdə İstanbulda yaşayan və işləyən azərbaycanlılar, Azərbaycan əsilli Türkiyə vətəndaşları, QHT və KİV təmsilçiləri iştirak ediblər.Əvvəlcə İSTAD-ın fəaliyyətinə dair fraqmentləri əks etdirən videoçarx nümayiş olunub.Sonra Azərbaycan və Türkiyənin dövlət himləri səsləndirilib.Ölkələrimizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman övladlarımızın əziz xatirəsi birdəqiqəlik sükutla yad olunub.Azərbaycanın İstanbuldakı baş konsulluğunun konsulu Seymur İlyasov, İstanbuldakı Türkiyə-Azərbaycan Dərnəyinin sədri Səfər Qaraqoyunlu, İstanbul Üsküdar rayon bələdiyyəsinin sədr müavini Zəki Bıyık və tanınmış yazıçı Mətin Yıldırım çıxış ediblər. Çıxışlarda Novruzun tarixindən, türk xalqlarının bu bayramı günümüzə qədər yaşatmasından və adət-ənənələrimizdən söz açılıb. Azərbaycan və Türkiyədə aparılan milli-azadlıq mücadilələrindən iftixarla bəhs olunub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Messi influenzato…
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
“Вниз по течению”…