Türkiyə birinci liqasında qalib müəyyənləşib

13 İyul 2020 19:43

Xəbər 556 dəfə oxunub

Türkiyə birinci liqasında mövsümün sonuna bir tur qalmış qalib müəyyənləşib.Azərtac xəbər verir ki, 33-cü turda “Hatayspor” çempionluğunu rəsmiləşdirib. Sözügedən komanda səfərdə “Adanaspor”u 2:1 məğlub etməklə buna nail olub.Qeyd edək ki, 1967-ci ildə yaranan “Hatayspor” ilk dəfə Superliqaya vəsiqə qazanır.xeber100.com