İyulun 13-də futbol üzrə Türkiyə çempionatının 32-ci turunun üçüncü gün qarşılaşmasında “Başakşəhər” səfərdə “Konyaspor”un qonağı olub.Azərtac xəbər verir ki, maraqlı keçən qarşılaşmada meydan sahibləri istanbulluları 4:3 hesabı ilə məğlub ediblər.Günün digər görüşündə isə turnir cədvəlində ikinci pillədə qərarlaşan “Trabzonspor” səfərdə “Dənizlispor”a minimal fərqlə uduzub -2:1. “Yeni Malatyaspor” isə doğma divarlar arasında “Beşiktaş”la bacarmayıb 0:1. “Kasımpaşa” isə öz meydanında “Rizəspor”u sınağa çəkib. Matç 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə bitib. “Kayserispor” – “Qaziantep” görüşündə isə qalib müəyyənləşməyib -1:1.Türkiyə çempionatında hazırda “Başakşəhər” 66 xalla turnir cədvəlinin lideridir. “Trabzonspor” 62 xalla ikincidir. “Sivasspor” 57 xalla üçüncü, “Beşiktaş” klubu isə 56 xalla dördüncü pillədə qərarlaşıb. Sonrakı yerlərdə “Qalatasaray” (52 xal), “Alanyaspor” (51 xal), “Fənərbağça” (50 xal) və digər komandalar gəlir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…