Yanvarın 17-də futbol üzrə Türkiyə çempionatının XIX turunda İstanbul derbisi baş tutub.Azərtac xəbər verir ki, “Beşiktaş” doğma divarlar arasında “Qalatasaray”ı qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə “Beşiktaş” “Qalatasaray”ın qapısından iki cavabsız qol keçirib. Meydan sahiblərinin qollarını 79-cu dəqiqədə Souza, 90+1-ci dəqiqədə isə Kevin Nkoudou vurub. “Qalatasaray”ın heyətində isə Mbaye Caqne 58-ci dəqiqədə kobud oyununa görə qırmızı vərəqə alaraq meydanı tərk edib.Qeyd edək ki, bu klublar arasında bu matçdan əvvəl 349 oyun keçirilib. Bunun 112-də “Beşiktaş”, 122-də “Qalatasaray” qalib gəlib. Klublar arasında 115 dəfə bərabərlik qeydə alınıb.Günün digər matçında isə “Yeni Malatyaspor” doğma meydanda “Rizəspor”u 4:1 hesabı ilə məğlub edib. “Hatayspor” isə səfərdə “Dənizlispor”u iki cavabsız qolla üstələyib.Tura yanvarın 18-də “Fənərbağça” – “Ankaragücü” və “Kasımpaşa” – “Ərzurumspor” matçları ilə yekun vurulacaq.Hazırda Türkiyə Superliqasına 38 xalla “Beşiktaş” başçılıq edir. Ondan bir oyun az keçirmiş “Fənərbağça” 35 xalla ikinci, “Qaziantep” isə 34 xalla üçüncü pillədə qərarlaşıb.Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XV turda “Alanyaspor” istirahət edir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…