Türkiyə çempionatının XV turunun birinci qarşılaşmasında

28 Dekabr 2020 13:52

Xəbər 535 dəfə oxunub

Dekabrın 27-də futbol üzrə Türkiyə çempionatının XV turunun birinci qarşılaşmasında “Kasımpaşa” səfərdə “Başakşəhər”in qonağı olub.Azərtac xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə qalib müəyyənləşməyib – 2:2.Günün digər matçında “Qaziantep” doğma meydanda “Alanyaspor”u 3:1 hesabı ilə məğlub edib. “Ankaragücü” isə səfərdə “Dənizlispor”u 1:2 hesabı ilə üstələyib. “Yeni Malatyaspor” öz meydanında “Ərzurumspor”a 1:3 hesabı ilə uduzub.Hazırda Türkiyə Superliqasına 29 xalla “Qalatasaray” başçılıq edir. 27 xal toplayan “Alanyaspor” və “Qaziantep” klubları müvafiq olaraq ikinci və üçüncü pillələrdə qərarlaşıblar.Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XV turda “Fənərbağça” istirahət edir.xeber100.com