Yanvarın 20-də futbol üzrə Türkiyə çempionatının XX turu çərçivəsində keçirilən qarşılaşmada “Qalatasaray” doğma meydanda “Dənizlispor”u qəbul edib.Azərtac xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə İstanbul klubu rəqibini 6:1 hesabı ilə darmadağın edib. Meydan sahiblərinin qollarını Emre Akbaba (9), Sofian Fequli (17), Rayan Donk (45), Məhəmməd Özkal (öz qapısına 60),Younis Belhanda (64) və Jesse Sekidika vurub. “Dənizlispor”un heyətində isə Veton Tuşa fərqlənib.Günün digər matçlarında isə “Yeni Malatyaspor” səfərdə “Hatayspor”u 2:1 hesabı ilə üstələyib. “Rizəspor” isə öz meydanında “Qaziantep”in qapısından üç cavabsız qol keçirib.Hazırda Türkiyə Superliqasına 38 xalla “Beşiktaş” başçılıq edir. Onunla eyni xala malik olan “Fənərbağça” 38 xalla ikinci, “Qalatasaray” isə 36 xalla üçüncü pillədə qərarlaşıb.Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XX turda “Antalyaspor” istirahət edir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…