Fevralın 26-da futbol üzrə Türkiyə çempionatının XXVII turunun birinci gün qarşılaşmasında “Beşiktaş” doğma meydanda “Dənizlispor”u qəbul edib.Azərtac xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə “Beşiktaş” qonaqların qapısından üç cavabsız top keçirib. “Beşiktaş”ın qollarını Kayl Larin, Vinsent Aboubakar və Adem Lyayiç vurub.Günün digər matçında “Gənclərbirliyi” öz meydanında “Yeni Malatyaspor”la heç-heçə edib – 1:1. “Konyaspor” – “Qaziantep” matçında isə qapılara qol vurulmayıb.Turun digər oyunları aşağıdakılardır:
“Fatih Karagümrük” – “Alanyaspor”;
“Hatayspor” – “Ankaragücü”;
“Antalyaspor” – “Başakşəhər”;
“Rizəspor” – “Sivasspor”;
“Qalatasaray” – “Ərzurumspor”;
“Göztəpə” – “Kasımpaşa”;
“Trabzonspor” – “Fənərbağça”:
Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 54 xalla “Qalatasaray” başçılıq edir. İkinci pillədə onunla eyni xala malik olan “Beşiktaş”, üçüncü pillədə isə 51 xal toplayan “Fənərbağça” qərarlaşıb.Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XXVII turda “Kayserispor” istirahət edir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Heydər Əliyev – 93
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Messi influenzato…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
“Вниз по течению”…