Fevralın 27-da futbol üzrə Türkiyə çempionatının XXVII turunun ikinci gün qarşılaşmasında “Qalatasaray” doğma meydanda “Ərzurumspor”u qəbul edib.Azərtac xəbər verir ki, qarşılıqlı hücum şəraitində keçən görüşdə “Qalatasaray” qonaqların qapısından iki cavabsız top keçirib. İstanbul təmsilçilərinin qollarını hər ikisini Mustafa Məhəmməd vurub.Günün digər matçında “Fatih Karagümrük” öz meydanında “Alanyaspor”u məğlub edib – 2:0. “Ankaragücü” isə səfərdə “Hatayspor”a 4:1 hesabı ilə uduzub. “Antalyaspor” – “Başakşəhər” və “Rizəspor” – “Sivasspor” oyunlarında isə qapılara top vurulmayıb.Tura “Göztəpə” – “Kasımpaşa” və “Trabzonspor” – “Fənərbağça” matçları ilə yekun vurulacaq.Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 57 xalla “Qalatasaray” başçılıq edir. İkinci pillədə 54 xala malik olan “Beşiktaş”, üçüncü pillədə isə onunla 51 xal toplayan “Fənərbağça” qərarlaşıb.Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XXVII turda “Kayserispor” istirahət edir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…