Futbol üzrə Türkiyə çempionatının XXVIII turu çərçivəsində keçirilən qarşılaşmada “Qalatasaray” doğma meydanda “Qaziantep”i qəbul edib.Azərtac xəbər verir ki, gərgin keçən görüşdə tərəflər hər biri üç top vuraraq heç-heçə ediblər. “Qalatasaray”ın qollarını Radmel Falkao (36), Yunis Belhanda (40) və Sofian Fequli vurub. Qonaqların heyətində isə Papi Djilobodji (17), Patrik Tvumasi (78) və Aleksandru Maksim (90+14) fərqləniblər. Həmçinin meydan sahiblərinin heyətində Əhməd Çelik 56-cı dəqiqədə qırmızı vərəqə alaraq komandasını meydanda azlıqda qoyub.Günün digər oyunlarında “Konyaspor” doğma divarlar arasında “Sivasspor”la heç-heçə edib – 2:2. “Fənərbağça” isə səfərdə “Kasımpaşa”ya 2:0 hesabı ilə uduzub.XXVIII tura iyunun 22-də “Alanyaspor” – “Trabzonspor” və “Antalyaspor” – “Rizəspor” görüşləri ilə yekun vurulacaq.Türkiyə çempionatında hazırda “Başakşəhər” 59 xalla turnir cədvəlinin lideridir. Ondan bir oyun az keçirmiş “Trabzonspor” 56 xalla ikincidir. “Sivasspor” 53 xalla üçüncü, “Qalatasaray” klubu isə 51 xalla dördüncü pillədə qərarlaşıb. Sonrakı yerlərdə “Beşiktaş” (47 xal), “Alanyaspor” (43 xal), “Fənərbağça” (43 xal) və digər komandalar gəlir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…