Türkiyə çempionatının XXVIII turunun sonuncu qarşılaşmasında

5 Mart 2021 13:40

Xəbər 380 dəfə oxunub

Futbol üzrə Türkiyə çempionatının XXVIII turunun sonuncu qarşılaşmasında “Fənərbağça” doğma meydanda “Antalyaspor”u qəbul edib.Azərtac xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə qalib müəyyənləşməyib – 1:1. Antalya təmsilçisinin qolunu Fredi, İstanbul klubunun qolunu isə Enner Valensiya vurub.Günün digər matçında “Kasımpaşa” öz meydanında “Trabzonspor”a 2:1 hesabı ilə məğlub olub. “Alanyaspor” – “Göztəpə” (1:1) matçında isə qalib müəyyənləşməyib.Hazırda Türkiyə superliqasının turnir cədvəlinə 57 xalla “Qalatasaray” başçılıq edir. İkinci pillədə onunla eyni xala malik olan “Beşiktaş”, üçüncü pillədə isə 55 xal toplayan “Fənərbağça” qərarlaşıb.xeber100.com