Martın 14-də futbol üzrə Türkiyə çempionatının XXX turu çərçivəsində keçirilən qarşılaşmada “Gənclərbirliyi” səfərdə “Fənərbağça”nın qonağı olub.Azərtac xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə hesabı 35-ci dəqiqədə meydan sahiblərinin müdafiəçisi Filip Novak açıb. Lakin cəmi beş dəqiqə sonra Sərdar Əziz topu səhvən öz qapısına göndərərək hesabı bərabərləşdirib. Matçın 63-cü dəqiqəsində isə qonaqların hücumçusu Floyd Ayite “Gənclərbirliyi”nin qələbə topunu vurub.Günün digər matçlarında “Qaziantep” doğma meydanda “Dənizlispor”u 2:0 hesabı ilə udub. “Ankaragücü”də doğma divarlar arasında “Göztəpə”nin qapısından üç cavabsız top keçirib. “Ərzurumspor” – “Trabzonspor” görüşündə isə qapılar toxunulmaz qalıb – 0:0.Tura “Kasımpaşa” – “Konyaspor” qarşılaşması ilə yekun vurulacaq.Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 63 xalla “Beşiktaş” başçılıq edir. İkinci pillədə 61 xal toplayan “Qalatasaray”, üçüncü pillədə isə 58 xala malik “Fənərbağça” qərarlaşıb.Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XXX turda “Yeni Malatyaspor” istirahət edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…