Aprelin 4-də futbol üzrə Türkiyə çempionatının XXXII turu çərçivəsində keçirilən qarşılaşmada “Beşiktaş” səfərdə “Kasımpaşa”nın qonağı olub.Azərtac xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə meydan sahibləri qonaqları minimal hesabla üstələyiblər. Oyunda vurulan yeganə qolun müəllifi Aytac Kara olub.Günün digər matçlarında aşağıdakı nəticələr qeydə alınıb:
“Ərzurumspor” – “Konyaspor” – 1:2;
“Alanyaspor” – “Gənclərbirliyi” – 1:2;
“Ankaragücü” – “Antalyaspor” – 1:0;
“Başakşəhər” – “Yeni Malatyaspor” – 3:1.
Tura aprelin 5-də keçiriləcək “Fənərbağça” – “Dənizlispor” matçı ilə yekun vurulacaq.
Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 64 xalla “Beşiktaş” başçılıq edir. İkinci pillədə 61 xal toplayan “Qalatasaray”, üçüncü pillədə isə 59 xala malik olan “Fənərbağça” qərarlaşıb.
Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XXXII turda “Qaziantep” istirahət edir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…