Türkiyə Futbol Federasiyasının məlumatı əsasında…

7 May 2020 08:57

Xəbər 614 dəfə oxunub

Futbol üzrə Türkiyə çempionatı – Superliqa iyunun 12-də davam etdiriləcək.Azərtac xəbər verir ki, bu sözləri Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdemir mayın 6-da onlayn qaydada keçirdiyi mətbuat konfransında deyib.O bildirib ki, Superliqa ilə yanaşı, I, II, III və həvəskarlar liqasının matçları da iyunun 12-də, 13-də və ya 14-də start götürəcək. Federasiya rəhbəri hazırkı şərtlər əsasında və Səhiyyə naziri Fəxrəddin Qoca ilə görüşdən sonra belə qərar qəbul etdiklərini bildirib.N.Özdəmir çempionatın iyulun 26-da başa çatdırılacağına və avqustda UEFA Çempionlar Liqasının final qarşılaşmasının təşkil olunacağına əminliyini ifadə edib.xeber100.com