Türkiyə kuboku yarışlarında final mərhələsinə yekun vurulub

7 Aprel 2023 14:58

Xəbər 349 dəfə oxunub

Futbol üzrə Türkiyə kuboku yarışlarında dörddəbir final mərhələsinə yekun vurulub. Bu gün daha bir görüş keçirilib.

“Fənərbağça” doğma meydanda “Kayserispor”la qarşılaşıb. İstanbul təmsilçisi qalib gələrək yarımfinala yüksəlib – 4:1.

“Fənərbağça”nın heyətində Emre Mor dubl edib, digər qolları Serdar Dursun və Arda Güler vurublar. “Kayserispor”un heyətində isə Dimitris Kolovetsios fərqlənib.

Daha əvvəl “Ankaragücü” və “Başakşəhər” də yarımfinala vəsiqə qazanmışdılar. “Sivasspor” isə oynamadan yarımfinala yüksəlib. Buna “Qaziantep”in Türkiyədəki zəlzələdən sonra bu mövsümün qalan hissəsində oynamaqdan imtina etməsi səbəb olub.

Beləliklə, “Ankaragücü” yarımfinalda “Başakşəhər”lə, “Fənərbağça” isə “Sivasspor”la qarşılaşacaq.

Yarımfinal görüşləri də ev-səfər prinsipi ilə keçiriləcək. Bu mərhələnin oyunları may ayında baş tutacaq.xeber100.com