Türkiyə kubokunun səkkizdəbir final mərhələsində

23 Yanvar 2020 08:44

Xəbər 469 dəfə oxunub

Yanvarın 22-də Türkiyə kubokunun səkkizdəbir final mərhələsinin cavab oyunları keçirilib.Azərtac xəbər verir ki, ikinci cavab oyunları günündə üç görüş keçirilib. “Beşiktaş” doğma meydanda “Ərzurumspor”a 2:3 hesabı ilə məğlub olaraq çempionatı tərk edib.Xatırladaq ki, ilk oyunda da İstanbul təmsilçiləri 3:2 hesabı ilə uduzub.”Antalyaspor” isə səfərdə “Göztəpə” ilə heç-heçə edib – 2:2. Birinci oyunda 4:3 hesabı ilə qalib gələn Antalya təmsilçiləri növbəti mərhələyə vəsiqə qazanıblar. “Kasımpaşa” isə doğma meydanda “Alanyaspor”u 2:3 hesabı ilə məğlub etsə də, ilk oyunda 3:1 uduzduğuna görə Alanya klubu dörddəbir final mərhələsinə yüksəlib.Qeyd edək ki, Türkiyə kubokunun səkkizdəbir final mərhələsinin digər cavab oyunları bu gün keçiriləcək.xeber100.com