Türkiyə Kubokunun yarımfinal mərhələsi çərçivəsində

20 Aprel 2018 11:33

Xəbər 1107 dəfə oxunub

Aprelin 19-da Türkiyə Kubokunun yarımfinal mərhələsi çərçivəsində “Fənərbağça” ilə “Beşiktaş” arasında keçirilən cavab görüşü yarımçıq dayandırılıb.Azərtac xəbər verir ki, matçın ikinci hissəsinin əvvəlində hesab 0:0 olarkən azarkeşlər meydana kənar əşyalar atıblar. Nəticədə “Qara qartallar”ın baş məşqçisi Şenol Günəş başından xəsarət alaraq meydanı tərk edib və bu səbəbdən matç yarımçıq dayandırılıb. “Beşiktaş”ın baş məşqçisinə ilkin tibbi yardım göstərilib.Qeyd edək ki, komandalar arasında ilk qarşılaşma 2:2 hesabı ilə başa çatmışdı. Bu cütün qalibi finalda “Akhisarspor” kollektivinin rəqibi olacaq.xeber100.com