Türkiyə miqrasiya sövdələşməsindən imtina edə bilər?!

25 May 2016 11:56

Xəbər 1276 dəfə oxunub

Türkiyə prezidenti R.T.Ərdoğan Avropa İttifaqının (Aİ) ölkə vətəndaşlarına vizasız rejim tətbiq etməyəcəyi təqdirdə Türkiyənin miqrasiya sazişindən imtina edəcəyini bildirib.  Apa-nın -nın xəbərinə görə, Türkiyə prezidenti bunu İstanbulda keçirilən mətbuat konfransında bildirib. O, həmçinin, Aİ-ni vizasız rejim tətbiqi üçün Türkiyədən əsassız şəkildə şərtlərin icrasını tələb etməsinə görə qınayıb. “Bizdən meyarları icrasını tələb edirlər. Latın Amerikasına vizasız girişə icazə verildi – məgər ondan da meyarların icra olunması tələb olunub? Xeyr. Biz Aİ ilə Gömrük İttifaqı da dazil olmaqla, bir  çox sahələrdə əməkdaşlıq etdiyimiz halda, nəyə görə bunu yalnız bizdən tələb edirlər? Biz hansısa məqamadək səbir edəcəyik”, – deyə Ərdoğan qeyd edib. Türkiyə prezidenti miqrasiya sazişinə görə Aİ-nin Ankaraya ayırmalı olduğu vəsaitin indiyədək Türkiyəyə köçürülməməsindən də gileylənib. “Türkiyədə üç milyon qaçqın var, biz onları qəbul edirik və onlar üçün şəraitin yaradılması üçün əlindən gələni əsirgəmir, biz bu məqsədlər üçün öz vəsaitlərimizi xərcləyirik. Biz 2016-2017-ci illərdə köçürüləcək altı milyard avroya dair razılığa gəldik. Təəssüflər olsun ki, indiyədək bu dəstək gerçəkləşməyib. Əgər biz Aİ-nin vəd etdiyi vəsaitləri almayacağıqsa, onlarsız da keçinə biləcəyik. Amma mənim məlumatıma görə, iyulun 1-dək artıq 1 milyard dollar köçürüləcək”, – deyə Ərdoğan qeyd edib. Avropa Parlamentinin rəsmi nümayəndəsi Martin Şults bundan əvvəl bəyan edib, ki Ankara Aİ-nin bütün tələblərini yerinə yetirəcəyi təqdirdə Türkiyə vətəndaşlarına vizasız rejim tətbiq ediləcək. Aİ Türkiyədən 72 tələbin icra olunmasını tələb edir.xeber100.com

Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub

Fevralın 5-də Londonda Beynəlxalq Avtomobil Federasiyasının (FIA) biryerlik maşınlarında yürüş üzrə direktoru Nikolas Tombasisin və Formula 1-in prezidenti Stefano Domenikalinin sədrliyi ilə Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub. Xarici media xəbər verir ki, iclasda bir sıra məsələlər nəzərdən keçirilib, o cümlədən 2024-cü ildən qüvvəyə minəcək sprintli yürüş uik-endinin yeni formatı təsdiqlənib. Yeni format bu şəkildədir: cümə günü sprintdən əvvəl yeganə məşq və təsnifat. Şənbə günü sprint və yürüşdən əvvəl əsas təsnifat, bazar günü isə yürüş. Bu dəyişikliklər FIA-nın fevralın 28-də keçiriləcək Ümumdünya Şurasında rəsmi şəkildə təsdiqlənməlidir. Komissiyanın iclasında texniki və idman reqlamentlərinə də dəyişikliklər olunub. 2024-2025-ci illərdə bir pilot üçün mövsüm ərzində güc qurğularının sayının artırılaraq dördə çatdırılması təklifi bəyənilib. Eləcə də yürüş zamanı DRS-ni (Drag Reduction System – ön müqavimətin azaldılması sistemi) startdan bir dövrə vurduqdan və yaxud təhlükəsizlik avtomobili trasdan çıxdıqdan sonra restartın ardınca aktivləşdirmək mümkündür. Вundan əvvəl yalnız iki dövrədən sonra DRS-nin istifadəsinə icazə verilirdi. Bundan başqa, Formula 1 Komissiyası 2026-cı ilin reqlamentinə dair bir sıra mövzuları, xüsusən maliyyə və dayanıqlı inkişaf məsələlərini müzakirə edib. 2024-cü il üçün texniki, idman və maliyyə reqlamentlərinə də cüzi dəyişikliklər edilib.xeber100.com

Fevral 6, 2024 14:51

“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb

“SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketi qlobal internet şəbəkəsi üçün nəzərdə tutulan 22 “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb. “SpaceX” kompaniyasının məlumatına görə, “Falcon 9” yanvarın 23-də ABŞ-ın Sakit Okean sahilləri vaxtı ilə saat 16:35-də Birləşmiş Ştatların Kosmik Qüvvələrinin Kaliforniya ştatında yerləşən Vandenberq bazasından start götürüb. Daşıyıcı raketin artıq 16-cı dəfədir istifadə olunan birinci pilləsi Sakit okeandakı “Of Course I Still Love You” dəniz platformasına eniş edib. “SpaceX” indiyədək kosmik fəzaya ümumilikdə 5,7 mindən çox peyk buraxıb. Onların bəziləri sıradan çıxıb, 5,3 mindən çoxu isə işlək vəziyyətdədir. Kompaniyanın layihəsi olan “Starlink” internet şəbəkəsi dünyanın 70 ölkəsində əlçatandır. Pentaqonun məlumatına görə, onun xidmətindən ABŞ hərbçiləri də istifadə edirlər. Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” orbitə ümumilikdə 12 minə yaxın kosmik aparat çıxarmaq niyyətindədir. Təxminən 10 milyard dollara başa gələcək layihə planetin istənilən guşəsində genişzolaqlı internetə çıxışı təmin etməyə imkan yaradacaq. Kompaniya növbəti mərhələdə orbital qruplaşmadakı kosmik aparatların sayını 30 minə çatdırmağı planlaşdırır.xeber100.com

Yanvar 24, 2024 11:42