Türkiyə-Rusya əlaqələrinin təməli XV əsrin sonlarına təsadüf edir. Bu da o deməkdir ki, hələ Osmanlı Dövlətiylə Çar Rusiyası arasında başlayan münasibətlər, hər iki ölkə arasında qurulan bağlantılar tarixi baxımdan çox qədimdir. Öncəliklə qeyd edək ki, tarixən çox geniş coğrafiyaya malik olan türk xalqları son əsrlərdə, xüsusilə XX əsrdə bir-birindən hər baxımdan-din, dil, mədəniyyət və s. ayrı düşüblər. Və ən önəmli məqam ondan ibarətdir ki, türk xalqlarının bir-birindən kəskin surətdə ayrı düşməsinin əsas səbəbi rus imperializminin türk torpaqlarına qarşı istilaçı yürüşləri və bu yürüşlərin doğurduğu haqsız müharibələrdə həyata keçirilib. Zənnimcə, Rus çarı III İoann Vasilyeviç zamanından əsası qoyulan, I Pyotr və II Yekaterina dövründə davam etdirilən, sonrakı proseslərdə imperatorlar tərəfindən xüsusi şiddətlə aparılan müstəmləkəçilik siyasəti və ən önəmlisi yaxın keçmişdə yaşadığımız Sovetlər Dönəmində zor gücünə birliyə daxil edilmiş türk dövlətlərinin yanlış həyat tərzi yaşamağa məhkum edilmiş-dinimizdən, dilimizdən uzaqlaşdırılmağımız bunun canlı misalıdır.Yeri gəlmişkən, I Pyotrun vəsiyyətnaməsi — Rusiya dövlətinin dövlətçilik tarixində çox önəmli mövqeyi ilə seçilən, Rusiya siyasətində maraqlı bir sənəd kimi diqqəti cəlb edir.12 bənddən ibarət olan “Vəsiyyətnamə”də islam dininə xüususi yer ayrılıb. Belə ki, islam dininin sünni və şiə təriqətlərinə bölünməsi üçün məkrli planının şifrəsini verib. Rusiyanı dünyəvi dövləti kimi görmək istəyini, onun sərhədlərini Hindistandan Avropaya qədər genişləndirməyi, İstanbulun da Rusiyanın paytaxtı olmasını arzularını dilə gətirib: “Bu məqsədi həyata keçirmək üçün həmişə Osmanlı ilə İran arasında fitnə-fəsad törətmək, dava-dalaş yaratmaq lazımdır. Bu işdə sünni və şiə məzhəbləri arasındakı ixtilaflar böyük, kəskin silah və basılmaz ordudur. Rusiyanın nüfuzunu Asiyada qaldırmaq üçün sünni-şiə ixtilafları yaxşı bir vasitədir”.Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, I Pyotr dindən siyasi məqsədlərlə bəhrələnməyə çağırıb: “İslam əqidəsini Asiyadan uzaqlaşdırmaq, xristian əqidəsini və mədəniyyətini orada ciddi təbliğ etmək, yaymaq zəruridir”.
YAŞANMIŞ TARİX, YOXSA GERÇƏKLƏR
Son bir əsrə diqqət etsək o zaman görərik ki, hələ bir neçə əsr öncə hazırlanan məkrli plan hələ də həyata keçirilməkdədir. Ancaq hələ də müsəlman ölkələr bu qorxulu yuxudan ayılmır, bəlkə də ayılmaq istəmir. Bəzən təəccüblü məqamlar da diqqəti çəkir. Əslində istənilən ölkə haqqında fikir irəli sürdüyümüz zaman millətçilik məsələləri ilə hökümət işlərini bir-birinə qarışdırmaqla böyük səhvə yol açırıq. Millətçilik, dövlətçilik ölkəni idarə edən hökumət qüvvələrindən çox-çox yüksəkdir, hətta heç müqayisəyə gəlməz. Bu, məsələnin bir tərəfi, digər tərəfi isə ondan ibarətdir ki, bir millətin çoxluq təşkil etdiyi bir ölkədə ölkə başçısının həmin millətdən olması çox önəmlidir. Əks halda, yəni tutaq ki, müsəlman ölkəsinin dövlət başçısı xristiyandırsa o zaman məsələ çox mürəkkəbləşir, hətta həmin millətə yazıq olur. Xristiyan ölkələrində ölkə başçının milliyəti, dini elə həmin ölkənin özünə uyğun seçilir. Təəssüflər olsun ki, müsəlman ölkələri üçün bunu demək çətindir. Çünki dünya gücləri, xüsusilə Rusiya müsəlman ölkələrinin hər zaman təzyiq altında saxlanmasının tərəfdarıdır, bunu yaşanmış tarix də sübut edir. Bütün bu qorxularda sanki müsəlmançılıq deyil, dinlə bağlı olan qorxular üstünlük təşkil edir. Yəni, bizi dinimizlə qorxudaraq öz məkrli siyasətlərini işlədirlər. İslam dini yaranandan ən önəmli din olduğu qədər də barış, qardaşlıq dini olaraq da tanınır, belə olan halda, yəni dinimizin buyurduğu şərtləri əməl ediriksə o zaman qorxmağa dəyməz.
QARŞILIQLI ƏKS HÜCUM VƏ YA HƏR KƏS HƏDDİNİ BİLƏCƏK SAVAŞI
Təxminən bir il öncə Rusiyanın “Su-24” təyyarəsinin Türkiyə tərərfindən vurulması uzun zaman dünyanın diqqətində dayanan aktual məsələlərdən birinə çevrilmişdi. Hansı ölkə haqlıdır və ya haqsızdır, bunu hər iki ölkə çox gözəl bilir, ancaq önəmli olan məqam ondan ibarətdir ki, Rusiya qəbul etməsə belə bilərərkdən Türkiyənin hava sərhədini pozaraq öz gücünü ortaya qoymaq istədi, ancaq cavabını elə o an aldı. Bu gərgin məqamdan öz xeyrinə istifadə edən ölkələr olduğu kimi, eyni zamanda bu kimi proseslərdə hər iki ölkə öz bildiyi kimi addım atacaq fikri ilə sanki özünü bu məsuliyyət hissindən uzaq tutan ölkələr də oldu. Ancaq nə olur olsun dünya ölkələri bu durumu heç də sakit qarşılamadı və qarşılamayacaq.Dünya mətbuatı həmin ərəfədə Rysiya-Türkiyə dedi, başqa bir şey demədi. Almaniya mətbuatı(“Der Spiegel” jurnalı) yazırdı: “Suriya böhranı çoxdan Ankara-Moskva münasibətlərini böhrana itələyirdi. Rusiyanın vurulan “Su-24” təyyarəsi situasiyanı daha da kəskinləşdirdi. “Su-24” insidentindin sonra iki ölkə arasında münasibətlər uzun perspektiv üçün korlanacaq, “Rusiya tərəf isə artıq sərt tənqidini səsləndiribş. Türkiyə tərəfi təyyarənin onun hava məkanını pozduğunda təkid edir, Rusiya isə bəyan edir ki, təyyarə Suriya ərazisi üzərində uçuş həyata keçirib. Suriyada Putin və Ərdoğanın maraqları bir-biri ilə toqquşur. Ərdoğan Əsədin istefasını tələb edir, Moskva isə sonuncuya kömək edir. Daha əvvəl Ərdoğan bəyan eləmişdi ki, hətta quş da Türkiyənin hava məkanını pozsa, buna adekvat cavab veriləcək”.Eləcə də digər ölkələrin mətbuatı eyni fikirləri səsləndirirdi. Bu bir daha sübut edir ki, qarşıda nələr olcağını tam olaraq bilmək çətindir. Necə deyərlər, yaşayarıq, görərik.Xatırladaq ki, hər iki ölkə başçısının-Türkiyə cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın, eləcə də Rusiya dövlət başçısı Vladimir Putininkifayət qədər ağıllı, geniş siyasi düşüncəyəy malik olması və ən önəmlisi xalqının, millətinin rifahı üçüçün düşünülmüş qərar verə biləcəklərini düşünən politoqlar hər iki tərəfin xeyrinə olan qərar veriləcəyinə əmindirlər. Və son gedişatlar politoloqların haqlı olduğunu bir daha sübut etdi.
QONŞU QONŞU OLSA…
İstənilən ölkə daha çox yaxınında olan ölkə ilə dosluq bağları qurmaqda maraqlıdır.Dünya yaranandan bəlkə belə bir qayda var ki, qonşu qohumdan daha yaxındır, bu baxımdan qonşu ilə yaxşı keşinmək lazımdır. Deyəsən bu qayda bütün qonşulara şamil edilmir. Türkiyə -Rusiya- münasibətlərinin gərginləşdiyi bir məqamda qardaş Türkiyəni dəstəkləyəynlər çox olduğu kimi Rusiyanı da dəstəkləyəyn o qədər az deyildi. Ancaq müqasyisə ediləcəck bir məqam diqqətdən dayanmırdı. Türkiyəni dəsstəkləyəyn qüvvələr ona haqq versə də yenə də qonşuluq münasibətlərinin koprlanmaması üçün yüngül ehmal vurmaqdan da çəkinmirdilər. Çox təəssüflər olsun eyni fikirləri Rusiyanı dəstəkləyən ölkələr üçün işlətmək mümkün deyil.
TƏHDİT-1: Çeçenistanın rəhbəri Ramzan Kadırov bəlkə də ilk ölkə olaraq Rusiyaya dəstək çıxdı: “Türkiyə etdiyi hərəkətə görəpeşman olacaq. Mən zərrə qədər də şübhə etmirəm ki, Türkiyə etdiyi əməldən hələ çox peşman olacaq. Hər fürsətdə dostluq və əməkdaşlıqdan danışanlar belə məkrli hərəkət etmirlər.Çeçen Respublikası və bütün çeçen xalqı Rusiya prezidenti Vladimir Putinin istənilən əmrini yerinə yetirməyə hazırdır”.
TƏHDİT -2: Şimali Koreya rəhbərliyi də Türkiyəni hədədləyənlər sırasında yer alıb. Şimali Koreya lideri Kim Çen İn bildirib ki, əgər Türkiyə Suriyanı bombalasa o Türkiyəni yer üzündən siləcək. O, Türkiyəyə atom bombası atacağını bildirib.Bunlar sadəcə kiçik misal, hələ daha hansı ölkələr təhditə əl atıb, bunu yazmaqla bitməz. Ancaq təhditlə məsələni bu qədər dərinliklərə götürməyin bir mənası da yoxdur. Ən azından təhdit edən qüvvə dəstəklədiyi ölkənin, loru dildə desək, ayıbına kor olmağı da bacarmalıdır. Təsəvvür edin ki, bütün dünya müsəlman ölkələrində gün ərzində baş verən hadisələrdən yazır, ölü sayı artıq bilinmir, ancaq Rusiya bir pilotun ölümü üçün(hətta həmin pilot bilərərkdən sərhədi pozduğu üçün ölümə məhkum olunacağını bildiyi halda sərhədi pozub) az qala bütün dünyanı səfərbərliyə alır. Yəni Putin kimi ağıllı bir siyasətçinin bu qədər haqsızlığa getməsi, müsəlman ölümünü heçə sayması nə dərəcə əxlaqa, qanuna sığar?!
SƏRHƏD POZULMASI: XƏBƏRDARLIQ, YOXSA EŞİTMƏZLİKDƏN GƏLMƏ
İqtisadiyyat və Xarici Siyasət Araşdırmaları Mərkəzinin (EDAM) əməkdaşı Can Kasapoğlunun fikrincə, Rusiyanın SU-24 hərbi təyyarəsinin Türkiyə tərəfindən vurulması hər iki ölkə araslında olan münasibətləri gərginləşdirəcək: “Rusiya münasibətləri gərginləşdirməyi seçərsə, diplomatik cəhdlərlə yanaşı hərbi davranışlar da sərgiləyə bilər. Ancaq Türkiyənin hava məkanının pozulmasının NATO-nun hava məkanının pozulması anlamına gəlir. NATO-nun şərq qanadı, yəni Baltik ölkələrinin hava məkanı davamlı şəkildə Rusiya tərəfindən pozulur. NATO eyni hadisələrin cənub qanadında, yəni Türkiyə üzərində baş verməsinə icazə verməyəcək. NATO bunun üçün hava hücumundan müdafiə sistemini gücləndirə, Türkiyədə daha çox təyyarə yerləşdirə bilər”. Politoloqların fikrincə, məsələni daha çox dərinləşdirən Rusiya tərəfin “xəbərlıq olunmadan atəş açılıb” fikrini təkidlə irəli sürməsidir. Məhz bu fikirdən sonra Türkiyə tərəfə xəbərdarlıq olunan anın videosunu paylaşaraq bütün dünyaya sübut etdi. Və yenə də eyni təkid davam etdiyi zaman hadisənin şahidi olan Hollandiyalı pilot danışdı, hətta şahidlik etdi. Bu çox önəmli məqamdır. Hər təkidə qarşı deyiləcək söz olur, hətta bu proses sübut şəkildə ortaya şıxır.Belə ki, Türkiyənin hava məkanına girən rus təyyarəsinin vurulduğu anda bölgədə olan hollandiyalı bir mülki pilot edilən xəbərdarlıqları təsdiqləyib. Rus təyyarəsinin vurulduğu anda həmin ərazidən keçən bir hollandiyalı mülki pilot Türkiyə tərəfinin xəbərdarlıqlarını eşitdiyini, amma rus pilotların çağırışa cavab vermədiklərini söyləyib: “Biz ərazidən keçdiyimiz zamanı fövqəladə tezliklə Türkiyə Hərbi Hava Qüvvələrinin xəbərdarlığını eşitdik. Türkiyənin hava sahəsinə girmək üzrə olan təyyarəyə onlarla dəfə türklər tərəfindən xəbərdarlıq olundu. Amma ruslar bir dəfə belə olsun cavab vermədilər”. Baş verən hadisədən sonra uçuşu normal şəkildə davam etdiklərini söyləyən pilot F16-ların Suriya tərəfinə keçmədiyini də bildirib. Eyni zamanda radarda görməsə belə rus təyyarəsinin Türkiyənin hava məkanında vurulduğundan əmin olduğunu vurğulayaraq “türklərin əlaqə qurmaq üçün göstərdikləri səydə naqislik yox idi” deyə söyləyib. Sübutlar ortaya çıxınca vəziyyət daha da mürəkkəbləşdi deyəsən. Artıq Rusiya fərqli üsullara əl atmağa başlayıb ki, hazırda yenə də dünya sanki dəhşətli bir hadisə olacağını gözləyirmiş kimi Rusiyanın hansı qərar verəcəcyini gözləyir.Dediyimiz kimi, bəlkə Putin təhdit etməyi sevir, ola bilir, ancaq o, dövlət başçısıs kimi kifayət qədər ağıllı siyasətçidir. Bu baxımdan hər hansı bir zərər mövzu ola bilməz. Hətta hər iki ölkə arasında bir il ərzində baş verən müxtəlif hadisələrə baxmayaraq hər iki ölkə qarşılıqlı anlaşma şəklində qaldığı yerdən davam etmək məcburiyyətindədir…
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…