Avqustda Türkiyə, Rusiya və İran liderlərinin sammiti keçiriləcək. Anadolu agentliyi xəbər verir ki, bunu ənənəvi mətbuat konfransında Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirib.Türkiyə rəsmisi qeyd edib ki, üçtərəfli sammitdə Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin və Həsən Ruhani Suriyanın İdlib bölgəsindəki vəziyyəti, regionda təhlükəsizlik məsələlərini, digər beynəlxalq problemləri müzakirə edəcəklər. Onun sözlərinə görə, digər yüksəksəviyyəli görüş isə Türkiyə, Almaniya, Rusiya və Fransa arasında keçiriləcək. Əsas müzakirə mövzusunun Suriyadakı vəziyyət olacağı bu sammit İstanbulda Türkiyə Prezidentinin sədrliyi ilə BMT-nin Baş Assambleyası ərəfəsində təşkil ediləcək.İ.Kalın Rusiyadan S-400 raket komplekslərinin alınması məsələsinə də toxunub. Bildirib ki, bu silahlar tezliklər Türkiyəyə gətiriləcək. O əlavə edib ki, bu müdafiə sistemi digər ölkələrin, xüsusilə NATO-nun təhlükəsizlik sisteminə təhlükə törətmir. Kalın qeyd edib ki, raket sistemlərinin Türkiyənin hansı bölgəsində yerləşdiriləcəyinə isə Silahlı Qüvvələrin Baş Komandanlığı qərar verəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…