Türkiyə Sultanlar Liqasına start verilib

2 Dekabr 2017 16:01

Xəbər 746 dəfə oxunub

Qadın voleybolçular arasında Türkiyə Sultanlar Liqasına start verilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Azərbaycan millisinin hücumçusu Polina Rəhimovanın şərəfini qoruduğu “Fənərbaxça” “Çanakkale Bld” klubunu qəbul edib.Görüş “sarı-lacivərdlilər”in asan qələbəsi ilə başa çatıb – 3:0 (25:16, 25:21, 25:10). Rəhimova matçda 9 xal toplayıb.Bu qələbə sayəsində xalını 26-ya çatdıran “Fənərbaxça” müvəqqəti də olsa, ilk pilləyə yüksəlib.xeber100.com