Futbol üzrə Türkiyə Super Kuboku uğrunda İstanbulun iki komandası qarşılaşıb. Türkiyə mətbuatının verdiyi xəbərə görə, futbol üzrə ölkə çempionatının hazırki qalibi “Beşiktaş” ilə Türkiyə Kubokunun sonuncu sahibi “Qalatasaray” üz-üzə gəlib. Gərgin keçən oyunun əsas vaxtında hesab açılmayıb. Qalibi müəyyənləşdirmək üçün əlavə hissə oynanılıb. Əlavə vaxtda komandaların hər biri qapılarında bir qol görüblər. Lakin hər iki qol “Qalatasaray” futbolçularının aktivinə yazılıb. Belə ki, matçın 100-cü dəqiqəsində “Qalatasaray” hesabda irəli çıxıb. Sneyderin sağ cinahdan yerinə yetirdiyi cərimə zərbəsindən sonra Hakan Balta başla dəqiq oynayaraq topu qapıya göndərib – 1:0. Lakin “Beşiktaş” futbolçuları 107-ci dəqiqədə oyunda tarazlığı bərpa ediblər. Olcay Şahanın sağ cinahdan rəqib komandanın cərimə meydançasına ötürməsindən sonra Quareşmanın başla vurduğu top Çedjouya toxunaraq qapıdan keçib – 1:1. Qalan dəqiqələrdə hesab dəyişməyib. Qalibi müəyyən etmək üçün qapılara 11 metrlik cərimə zərbələri seriyası təyin olunub. Bu mərhələdə daha dəqiq oynayan “Qalatasaray” komandası 3:0 hesabı ilə qalib gələrək Türkiyə Super Kubokuna sahib olub. Beləliklə 16-cı dəfə Super Kuboku qazanan “Qalatasaray” bu göstərici üzrə ölkə futbolunda rekord nəticəyə nail olub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…