Türkiyə Super Liqasında mövsümün ilk İstanbul derbisi oynanılıb

3 Oktyabr 2022 10:44

Xəbər 403 dəfə oxunub

Futbol üzrə Türkiyə Super Liqasında 2022-2023-cü il mövsümünün ilk İstanbul derbisi oynanılıb.VIII turun matçında “Fənərbağça” komandası “Beşiktaş”ın qonağı olub. “Vodofon Park” stadionunda keçirilən görüşdə qapılara qol vurulmayıb.Bu nəticədən sonra xallarının sayını 15-ə çatdıran meydan sahibləri 6-cı, 14 xala malik olan “Fənərbağça” isə 7-ci pillədəki mövqeyini qoruyub.Qeyd edək ki, çempionatda turnir cədvəlinə 17 xalla “Başahşehir” komandası başçılıq edir.xeber100.com