Türkiyə Super Liqasının 23-cü turunda…

7 Mart 2017 11:48

Xəbər 772 dəfə oxunub

İstanbulun “Qalatasaray” komandası üç oyunluq qələbə həsrətinə “Antalyaspor” ilə oyunda son qoyub. İstanbullular Türkiyə Super Liqasının 23-cü turunda Antalyada 3:2 hesabı ilə çətin qələbə qazanaraq xallarının sayını 43-ə çatdırıblar.Azərtac xəbər verir ki, “Qalatasaray” matçın 24-cü dəqiqəsində Brumanın qolu ilə hesabı açıb. Oyunun 36-cı dəqiqəsində Eren Derdiyok komandasının üstünlüyünü iki topa çatdırıb – 0:2. Lakin birinci hissənin başa çatmasına bir dəqiqə qalmış Mbilla bu fərqi azaldıb – 1:2.Fasilədən sonra – 53-cü dəqiqədə “Antalyaspor” Danilonun qolu ilə hesabı bərabərləşdirib – 2:2. Oyunun 84-cü dəqiqəsində istanbullular meydanda sayca azlıqda qalıblar. Hakim kobud oyuna görə ilk qolun müəllifi Brumanı ikinci sarı vərəqə ilə cəzalandıraraq meydandan kənarlaşdırıb. Lakin “Qalatasaray” oyunun qələbə qazana bilib. Matçın əsas vaxtına əlavə edilən hissənin sonunda – 96-cı dəqiqədə cərimə zərbəsindən ötürülən topu tora göndərən Eren Derdiyok ikinci dəfə fərqlənərək komandasına qələbə qazandırıb – 2:3.Beləliklə, “Qalatasaray” üç oyunluq qələbə həsrətinə son qoyaraq qalibiyyətə sevinib. İstanbullular bu oyundan əvvəlki üç görüşdə iki dəfə məğlub olub, bir oyunda isə heç-heçə etmişdilər (“Kayserispor” – 1:2, “Rizespor” – 1:1, “Beşiktaş” – 0:1). Hazırda 43 xalı olan “Qalatasaray” çempionatda üçüncü yerdədir. “Beşiktaş” 53 xalla birinci, “İstanbul Başakşehir” 49 xalla ikincidir. “Fənərbağça” isə 41 xalla dördüncü sıradadır.xeber100.com

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02