Türkiyə Super Liqasının XI turunda…

21 Noyabr 2016 10:52

Xəbər 820 dəfə oxunub

Noyabrın 20-də futbol üzrə Türkiyə Super Liqasının XI turunda İstanbul derbisi baş tutub.Azərtac xəbər verir ki, İstanbulun “Şükrü Saracoğlu” stadionunda “Fənərbağça” və “Qalatasaray” klubları qarşılaşıb. Matç 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. “Sarı bülbüllər”in hər iki qoluna hollandiyalı hücumçu Robin Van Persi imza atıb.Beləliklə, bu qələbədən sonra “Fənərbağça” xallarının sayını 21-ə çatdıraraq turnir cədvəlində əzəli rəqibi “Qalatasaray”ı geridə qoyub.xeber100.com