Türkiyə Super Liqasının XVI turu çərçivəsində

18 Dekabr 2017 12:26

Xəbər 1521 dəfə oxunub

Dekabrın 17-də futbol üzrə Türkiyə Super Liqasının XVI turu çərçivəsində növbəti oyunlar keçirilib.Azərtac xəbər verir ki, “Başakşehir” doğma meydanda “Antalyaspor”u 4:1 hesabı ilə məğlub edərək 33 xalla turnir cədvəlinin birinci pilləsinə yüksəlib. “Qalatasaray” isə səfərdə “Malatyaspor”a 1:2 hesabı ilə uduzub. Hesabında 32 xal olan “Qalatasaray” turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.”Beşiktaş” komandası isə doğma meydanda “Osmanlıspor”a böyük hesabla qalib gəlib. İstanbul təmsilçisi rəqibindən 5:1 hesabı ilə üstün olub.Turnir cədvəlində ilk üçlüyü 30 xalla “Beşiktaş” komandası qapayıb.Tura dekabrın 18-də keçiriləcək “Göztepe”-“Konyaspor” və “Fənərbağça”-“Karabükspor” oyunları ilə yekun vurulacaq.xeber100.com